AZ

Tramp hərbi cinayət ittihamlarından narahatdır? Gözlənilməz açıqlama

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyalarını və körpülərini vurmaq təhdidinin gerçəkləşəcəyi təqdirdə ehtimal olunan hərbi cinayət ittihamları ilə bağlı narahatlıq keçirmədiyini bəyan edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib. O, Tehranın Hörmüz boğazını açmayacağı halda planı icra edəcəyini vurğulayıb.

"Bu məsələ məni narahat etmir. Bilirsən hərbi cinayət nədir? Nüvə silahına malik olmaq", - deyə "The Guardian" nəşri onun sözlərindən sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl Tramp aprelin 7-nə keçən gecə İranın mülki infrastrukturunu məhv edəcəyi ilə bağlı hədə-qorxu gəlmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr