AZ

Ermənistanda seçki olsa, kim qalib gələcək? - SORĞU

Ermənistanda keçirilən rəy sorğularının nəticələrinə əsasən, növbəti parlament seçkilərinin favoritinin adı məlum olub.

Musavat.com xəbər verir ki, əgər yaxın vaxtlarda seçki keçirilsəydi, respondentlərin əksəriyyəti hazırkı hakim "Mülki Müqavilə" partiyasına səs verərdi.

Bu barədə "Gallup International"ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan məlumat verib.

Sorğunun nəticələrinə görə, siyasi qüvvələrin reytinq cədvəli aşağıdakı kimidir:

  • "Mülki Müqavilə" partiyası: 24,3%

  • "Güclü Ermənistan" partiyası: 13,4%

  • "Çiçəklənən Ermənistan" partiyası: 7,9%

  • "Ermənistan" bloku (Robert Koçaryan): 5,5%

Məlumatda həmçinin qeyd olunur ki, sorğuda iştirak edənlərin 51,9%-i seçkilərə qatılacağını qəti şəkildə bildirib, 8,6%-i isə iştirakını ehtimal olunan hesab edir.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr