Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin SəudiyyəƏrəbistanındakı şirkətlərinə raket və kamikadze dronları iləhücumlar edib.
Trend-inməlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı KeşikçilərKorpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, “Doğru Vəd 4” əməliyyatının 99-cu mərhələsindəSEPAH orta mənzilli raketlər, Kruz raketləri və kamikazdedronlarından istifadə edərək ABŞ-nin Səudiyyə Ərəbistanındakı“Sadara”, “Exxon Mobile” və “Dow Chemical” və “Chevron Phillips”şirkətlərinə hücumlar təşkil edib.
SEPAH bildirir ki, BƏƏ limanında İsrailə məxsus konteynerdaşıyan gəmiyə raket hücumu həyata keçirilib.
Qeyd olunur ki, ABŞ-yə məxsus “CVN 72” təyyarədaşıyan gəmiuzaqmənzilli “Kruz” raketləri ilə atəşə tutulub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.