AZ

BEA dünya iqtisadiyyatında bu ay əlavə fəsadların yaşanacağı barədə xəbərdarlıq edib

Berlin, 7 aprel, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol İran müharibəsi və Hörmüz boğazının blokadasının davam etməsi fonunda neft təchizatından əlavə digər fəsadların da yaşanacağı barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, o, Qərb nəşrlərindən birinə açıqlamasında bildirib ki, mart ayı çox çətin keçib, lakin aprel daha da ağır olacaq.

Onun sözlərinə görə, Körfəz ölkələri artıq müharibədən əvvəlki həcmin yalnız yarısından bir qədər çoxunu hasil edir, təbii qazın ixracı isə tamamilə dayandırılıb.

“Əgər boğaz aprel ayı ərzində də bağlı qalsa, mart ayı ilə müqayisədə iki dəfə çox xam neft və neft emalı məhsulları itirəcəyik. Biz “qara aprel” ilə üz-üzəyik”, – deyə F.Birol vurğulayıb.

O, vəziyyətə çox pessimist yanaşdığını qeyd edərək bildirib ki, müharibə dünya iqtisadiyyatının əsas arteriyalarından birini iflic edib: “Bu, təkcə neft və qaz deyil, gübrələr, neft-kimya məhsulları, helium və bir çox başqa sahələrə də təsir edir”.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
19
1
azertag.az

2Mənbələr