ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 7 aprel, AZƏRTAC
Almatı “Türk dünyasının gənclər paytaxtı- 2025” təyinatı çərçivəsində tədbirlər həyata keçirməyə davam edir.
AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, ilin əvvəlindən bəri gənclərin icma mərkəzlərində 50-dən çox tədbir keçirilib, onlarda 3 mindən çox gənc iştirak edib.
Türk Dövlətləri Təşkilatının dəstəyi ilə 3-cü Gənclər Mübadilə Proqramı, “Turki Fest Almaty-2025” mədəniyyət festivalı, “Jaidarman TURKI CUP-2025” beynəlxalq festivalı və bir sıra digər əhəmiyyətli tədbirlər təşkil edilib.
Qarşıdan gələn tədbirlərə “Digital Turkic Youth” Rəqəmsal Türk Gəncləri Forumu, TDT Gənclər Platformasının 3-cü Baş Assambleyası, 5-ci Beynəlxalq Gənclər Düşərgəsi və TDT ölkələri arasında Tələbə Ətraf Mühit Mərkəzinin yaradılması daxildir. Tədbirlər rəsmi bağlanış mərasimi ilə başa çatacaq və statusun növbəti şəhərə verilməsi planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.