AZ

Ermənistanda sorğu: Paşinyana əhalinin neçə faizi səs verməyə hazırdır?

"Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan ofisinin apardığı sorğuya görə, Ermənistanda seçicilərin 24,3%-i parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasına səs verməyə hazırdır.

"Yeni Sabah" xəbər verir ki, sorğu 1001 respondent arasında telefonla aparılıb. Onlardan seçkilər gələn bazar günü keçirilsəydi, hansı partiyaya səs verəcəkləri soruşulub.

Respondentlərin 13,4%-i ev dustaqlığında olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasına səs verməyə hazırdır. 7,9%-i iş adamı Qagik Tsarukyanın 2Çiçəklənən Ermənistan" partiyası, 5,5%-i isə keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna səs verməyə hazırdır.

Respondentlərin 51,9%-i seçkilərdə iştirak etmək niyyətindədir.

Parlament seçkiləri iyunun 7-nə təyin edilib. Ermənistan parlament respublikasıdır. Seçkilər nəticəsində parlamentdə çoxluq qazanan siyasi qüvvə Baş naziri seçmək hüququna malik olacaq.


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr