AZ

Sukuk bazarı 2026-cı ilə möhkəm kredit göstəriciləri ilə daxil olub - Fitch Ratings

Bakı. Trend:

Sukuk bazarı 2026-cı ilə möhkəm kredit göstəriciləri ilə daxilolub.

Trend xəbər verirki, bu barədə “Fitch Ratings” prezidenti İen Linnel İslam MaliyyəSimpoziumunun gedişində bəyan edib.

“Bu gün sukuk bir çox inkişaf etməkdə olan ölkələr üçün mühümmaliyyələşdirmə alətidir və dövriyyədə olan sukukun ümumi həcmiartıq 1 trilyon ABŞ dollarını ötüb”, – Linnell qeyd edib. “Ənənəvibazarlardan savayı, biz Avstraliya, Böyük Britaniya və Şri-Lankakimi yeni ölkələrdə ilk sukuk buraxılışlarını görürük”.

O, vurğulayıb ki, sukukun əksəriyyəti yüksək kredit reytinqinəmalikdir. “Fitch tərəfindən qiymətləndirilmiş sukukun 80%-dən çoxuinvestisiya reytinqinə malikdir, reytinqlərin 90%-i sabit proqnozlaqiymətləndirilir və son dörd ildə defolt halları qeydə alınmayıb”,– Linnell əlavə edib.

“Fitch”in prezidenti həmçinin İslam banklarının rolununartmasına diqqət çəkib. “İslam bankçılığı təxminən 17 ölkədə sisteməhəmiyyətli olur, bəzi əsas bazarlarda isə bu banklar daxilibazarın 85%-inə qədərini nəzarətdə saxlayır”, – o bildirib.

Bununla yanaşı, Linnell sektorda mövcud çağırışlara, o cümlədəntənzimləmə, standartlaşdırma, şəriətə uyğunluq və maliyyəməhsullarının müxtəlifliyi məsələlərinə də toxunub..O, bazarıngenişlənməsi ilə əlaqədar ortaya çıxan yeni riskləri, o cümlədənbeynəlxalq münaqişələr fonunda, məsələn, İranda yaranan riskləri dəvurğulayıb. “Belə şəraitdə “Fitch”in müstəqil, şəffaf və obyektivqiymətləndirməsi sektorun inkişafının dəstəklənməsi üçün xüsusiləvacibdir”, – deyə o qeyd edib.

Linnell “Fitch”in İslam maliyyəsinin inkişafındakı rolundan dadanışıb: “On ildən çox əvvəl Fitch İslam maliyyəsi üzrə xüsusi qrupyaradıb. Bu komanda sektor üzrə təşəbbüslərimizi və layihələrimiziaktiv şəkildə həyata keçirir”.

Onun sözlərinə görə, Fitch bazarda liderdir: “Biz digərbeynəlxalq reytinq agentliklərindən daha çox İslam banklarını,sığortaçıları və sukuk proqramlarını qiymətləndiririk. Dünyada ABŞdolları ilə sukuk bazarının 70%-dən çoxu, həcmi 240 milyard dollarıötən bazar məhz “Fitch” tərəfindən qiymətləndirilir”.

Nəticə çıxararaq, Linnell İslam maliyyəsi sənayesinin gələcəkinkişafı üçün innovasiyaların və əməkdaşlığın vacibliyinivurğulayıb. “Sektorun qarşısında duran imkanlar və çağırışlardiqqətli müzakirə, innovativ həllər və bazar iştirakçılarının sıxəməkdaşlığını tələb edir”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr