AZ

Harri Maquayr "Mançester Yunayted" ilə yeni müqavilə imzalayıb

Harri Maquayr "Mançester Yunayted" ilə müqaviləsinin müddətini yeniləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 31 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin iyununa qədər "qırmızı şeytanlar"ın heyətində qalacaq. Sözləşmədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.

Qeyd edək ki, H.Maquayr 2019-cu ildən formasını geyindiyi Mançester klubunda 266 oyuna çıxıb. Təcrübəli futbolçu bu müddət ərzində komandası ilə İngiltərə Liqa Kuboku və FA Kubokunun qalibi olub.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr