AZ

Azarkeşlər Tofiq Bəhramov adına stadiondakı məsafə problemindən narazıdır - AÇIQLAMA

Tofiq Bəhrəmov adına Respublika Stadionu ilə bağlı bəzən izləyicilərin iradlarını görürük. Azarkeşlər bildirirlər ki, stadionda atletlər üçün də yer ayrıldığından tribinlarla meydança arasında böyük məsafə var. Yəni tribunadakı tamaşaçılar oyunu və futbolçuları yaxından izləyə bilmirlər. Ona görə də bir çox azarkeş futbolu meydandan yox, televiziya qarşısından izləməyi üstün tutur.

Sözügedən stadion yenidən qurula bilərmi?

İdman jurnalisti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Tofiq Bəhrəmov adına Respublika Stadionu həm kaman oxatma, həm yüngül atletika, eyni zamanda atletikanın digər növləri üçün nəzərdə tutulub. Onun sözlərinə görə, burada 12–15 idmana yaxın yarış təşkil oluna bilər, yəni peşəkar səviyyədədir:

"Artıq dünyada olimpiya stadionları çox azalır. Həddindən artıq azalır. Bizdə həm Olimpiya stadionu var, həm Tofiq Bəhrəmov adına Respublika Stadionu var. Biz manej, qaçış zolağını ləğv etsək belə, yenə xeyir olmayacaq. Artıq Azərbaycanda yeni standartlara uyğun stadionlar lazımdır. Stadionun yerinə görə 45-50 min tutuma malik olmalıdır. Bu gün artıq "Qarabağ" üçün Avropa Liqasında 30 min nəfərlik tutum çox azdır. Son vaxtlar balaca-balaca stadionlar tikildiyini görürük, buna ehtiyac yoxdur. Bizə ən azı 35 mindən yuxarı stadion lazımdır. Hesab edirəm ki, büdcə ayrılsa, bunu etmək olar. Bu, dövlət balansında olan stadiondur. Əgər yenidən tikilsə belə, stadion 45–50 min nəfərlik tutuma malik olsa, sadəcə bilet gəlirindən stadion özünü dolandıra biləcək".

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr