AZ

“Səki örtükləri seçilərkən daha çox təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır” Ekspert

ain.az, 525.az saytına istinadən bildirir.

“Bakı küləkli iqlimə malik şəhərdə səki örtükləri seçilərkən estetik görünüşdən daha çox təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır.  Düzgün seçilməyən səki örtükləri küləkli və yağışlı havalarda paytaxt sakinləri üçün ciddi problemlər yaradır”. 

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspert bildirib ki, cilalanmış mərmər və digər sürüşkən səthlər yağışlı havalarda piyadalar üçün real risk yaradır və bu, tez-tez bədbəxt hadisələrə səbəb ola bilər:

“Hər küçədə fərqli materiallardan istifadə olunması təhlükəsizlik baxımından qəbuledilməzdir. Eyni zamanda bu şəhərin ümumi vizual görünüşünə mənfi təsir göstərir. Şəhər mühiti ilk növbədə piyadalar üçün əlçatan və təhlükəsiz olmalıdır".

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr