AZ

Karapetyan Kremlin dili ilə danışdı

Ermənistanda seçkilər ərəfəsində radikal ritorika güclənir.

Musavat.com xəbər verir ki, Azərbaycana qarşı qərəzli və revanşist mövqeyi ilə tanınan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan növbəti dəfə siyasi bəyanatla çıxış edib.

O, müraciətində Ermənistanın baş naziri Nikol Paşinyanı sərt şəkildə tənqid edərək ölkənin guya geosiyasi qarşıdurma meydanına çevrildiyini iddia edib. Karapetyan Paşinyanın siyasətini “Rusiyaya qarşı iqtisadi müharibə” kimi təqdim edib və bunun Ermənistan üçün təhlükəli nəticələr doğuracağını bildirib.

Revanşist siyasətçi çıxışında Rusiyanı “ən mühüm tərəfdaş” kimi göstərərək Ermənistan iqtisadiyyatının bu ölkədən asılı olduğunu vurğulayıb. O, xüsusilə qaz təchizatı, əmək miqrasiyası və kənd təsərrüfatı məhsullarının ixracı kimi sahələrdə Rusiyanın rolunu ön plana çəkib.

Karapetyan Paşinyanı hakimiyyətdə qalmaq üçün guya cəmiyyəti “müharibə ilə qorxutmaqda” ittiham edib və seçkilərdə onu dəstəkləyənləri yoxsulluq və qarşıdurma ilə üzləşəcəklərini iddia edib.

O, çıxışında Gürcüstan və Ukrayna nümunələrinə də toxunaraq Ermənistanın bu cür ssenaridən uzaq durmalı olduğunu bildirib. Karapetyan bununla rəsmi İrəvanı üstüörtülü şəkildə təhdid edib.

Samvel Karapetyan seçiciləri öz partiyasını dəstəkləməyə çağıraraq “güclü iqtisadiyyat və sabitlik” vədləri səsləndirib.

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr