AZ

Ruh Saklarının və Tuva diyarının Göy Türk uluslarının Vətəni

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Məkandan və cəhətdən asılı olmayaraq yer adlarının yaranması etno tarixi-coğrafi və etimoloji dəyərlərə əsaslanır, minilliklərlə dəyişikliyə uğramış tarixi, coğrafi və filoloji mərhələlərinin, əski Dil və Ailə qövmlərinin şifahi nitq və yazılı ədəbiyyat irsinin, milli-mədəniyyət kökünün...elmi-nəzəri təhlili üçün qiymətli məxəz rolu oynayır. Bu baxımdan Türkdilli xalqların, xüsusilə Göy/Dağ Türklərinin kökənli yurdlarında, əski diyarlarında yaranan toponimlərin etimoloji mənasi göstərir ki, bu dilə köklənən yer adlarının tarixi şifahi anlamda bir neçə yüz min il, yazılı halda (ilk növbədə daş kitabə və qaya sütunlarında) 10-12 min illik dövrə aiddir.

Əski türk dillərində dini-sakral, mistik-fəlsəfi məna-“Müqəddəs Ucalıq”, “Uca Ruhani Məkanı” anlamı daşıyan Altay dağları həm də Hun-Quz-Sak….etnobirliklərinin təşəkkül ərazisi olduğundan üstünlük təşkil edən qəbilə-tayfa İttifaqlarının arealları daxilində yaranan coğrafi adların mənşəyi onlara aid olmuşdur. Bu mənada Saklarla bağlı Xakas yurdu istisnalıq təşkil etmir. Relyef-landşaft örtüyünün Ruhani/İrfani təcəllasına rəğmən Qövmün pak iç dünyası nəzərə alınmaqla “Xas Saklar”, “Saf Saklar” adlanması…sonralar dil-tələffüz dəyişikliyi fonunda “Xakas”, “Xakasiya” kimi işlədilməısi tarixi kerçəkliyi dəyişə bilməmiş, yabançı adlanmalarda ərimədən milli Türk toponimlərində qorunub saxlanılmışdır…Uca dağlar qoynunda təbiətdən yaranmış Ruh Saklarının/Saf Saklarla qonşuluqda, onlardan Doğuya tərəf geniş dağarsı vadiləri özlərinə yurd edən qədim Türklər-Hun-Quz soylu Tuvalılar (əski Turan şəhəri bi diyardadır, Qızıl şəhərindən 65 km şimal-qərbdə), Ər Hun və Göy Türk soylu ulusların yayıldığı Sayan dağları bu iki bölgənin əsas təbii qurşağını tutur.

Hun-Quz-Sak/Saxa...qövmünün yurd saldığı bu ərazilrə minilliklər tarixini yaşadan coğrafi adlarla daşlaşıb, meşə ilə örtülü və çılpaq sıldırmlı zirvələrlə naxışlanıb, gur sulu dağ çaylarının yataqları ilə parçalanıb, əngin üfüqlari yarıb keçərək iri quru sahələrinə, dənizlərə, böyük ümmanlara qovuşur, bütün cəhətlər boyunca. Belə yurd silsilələrində Sayan dağları da xüsusi yer tutur.

“Sayan” orotoponimi etimoloji təhlil baxımından tarixi, coğrafi və filoloji tərkibcə “Sayılan”, “Sayca üstünlük təçkil edən, Yüksək məqam sahibi”, “Hörmətli səviyyəsində olan”...mənasına rəğmən, qədim, amma unudulmayan Türkdilli Ailə və Dil etnosoyluların yazı və danışıq üslubunda qorunub saxlanılıb, məna dəyərini qoruyub, dil-ünsiyyət şaxələnməsinə nail olunmuşdur, indi də Yüksək qəbullarda səsləndirilir.

Bəygöl/Baykal gölü və YeniSu/Yenisey çayı hövzəsinin qədim/qayım Türkdilli uluslarının əzəli coğrafi məkanları olduğundan kökənli dilin ilkin qramatik strukturu, morfofonetik üslubuna...məhz burada rast gəlinir, dini-sakral dünyadərkinin ilkinliyinin saxlanıldığı kimi, bu ruha köklənən əsatirlərin, əfsanələrin, rəvayətlərin, mistik ruhların/hökmlərin...yayılma, köklənmə zənginliyi ifadə olunmaqdadır “Sayan” terminində..İlk növbədə adı çəkilən hövzə arasında yerləşən Sayan dağları bu baxımdan, əski Türkdilli toponimlərin çuğlaşdığı tarixi ərazidir, coğrafi məkan və dogma dil ilkinliyini ifadə edir.

Bu yüksəklik qurşaı Sabir/Savur-Sibir düzənliyinin cənubunda, Altay dağlıq silsiləsinin şimalında, Bəygöl/Baykal gölünün cənub-qərb qurtaracağına bitişik hissədə, Yeni Su/Yenisey çayı hövzəsinin yuxarı hissələrində iki qurşağa ayrılmaqla uzanır. Şərqi Sayan dağları (ən uca zirvəsi Munku Sardıq, 3491 m) 1000 km olaraq şimal-qərbdən cənub-şərqə doğru yerləşir, Qərbi Sayan dağları (Qızıl Tayqa, 3121 m) isə 600 km məsafədə cənub-qərbdən şimal-şərqə doğru yüksələrək Xəzri və Uda çaylarının mənbəyində Şərqi Sayan dağlarına qovuşur. Bu iki silsilə Abakan-Minsun vadisini də özündə birləşdirir, vadi arxeoloji maddi-təbii və tarixi abidələrlərlə, qədim insan məskənləri ilə zəngindir.İlahi Haqqa və Tək Allaha sitayiş edən ulu Türk tayfaları/ Göy və Sarı Türklərin sakral ocaqlarından sayılan Sayan dağının uca zirvəsi-Minilliklərin Sarı Daı/Munku Sardıq “əbədi çılpaq dağ” mənasındadır, buraya Ruhsal ziyarətlərin keçirilməsi üçün xüsusi icazə tələb olunur.

Xas Saklar diyarının Acqız nahiyəsi hüdudlarından axan Xəzri çayı (uzunluğu 388 km) adından da göründüyü (“qəzəbli”, “hirsli” mənasında) kimi Şərqi Sayan dağlarının mərkəzi hissəsindəki Arı dağın (2796 m) cənub-qərb yamaclarından, Qızıl vadidən başlamaqla iti, güclü, sürətli dağ çayı sayılır. Yuxarı axarlarında15 km məsafədə dərinliyi 15-20 m-ə çatan çay dərələrindən, sərt yatağ hövzəsinə malikdir (hidronim olaraq “Xəzər” toponimi, “Koroğlu” dastanının surətlərindən biri-Giziroğlu Mustafa bəy antronimi, Tatarstan ölkəsində Kızır çayı…ilə etimoloji eyniliyi vardır, rus dilində işlədilən “qroznıy” sözünün yaranmasına səbəb olub).

Xəzri çayının adını bir çox çaylar (Böyük və Kiçik Xəzri, Kizir, Kazır…) daşıyır, belə ki, Böyük Xəzri çayı (uzunluğu 39 km, Tom çayının sağ qolu) Acqız nahiyəsindən axır, Minsun vadisinin cənub-şərqindədir və Bəy, Daşlı nahiyələri, eləcə də, Kəmərli bölgəsi ilə qonşudur.

Qərbi Sayan dağlarının mütləq hündürlüyü sayılan Qızıl Tayqa zirvəsi Hun-Sak…dillərinin leksik-semantik fonetikasına uyğun və sonralar assimlyasiya edilmiş “tayqa” sözünün etimoloji mənaca qədimliyinə bir sübutdur. Belə ki, artıq yad dillərin söz lüğətinə daxil edilmiş “tayqa” orotoponimi Türk dillərində “bütünlüklə”, “bütöv”, “tamamilə” anlamındadır (indi də “teyxa” sözü az da olsa dilimizdə səslənir).

Seçilən
32
icma.az

1Mənbələr