ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib və banka icrası məcburi sərəncam verib.
Bizimyol.info xəbər verir ki, AMB-nin açıqlamasına görə, birinci pozuntu bankın inzibatçı təyinatları və dəyişiklikləri barədə müəyyən edilmiş müddətdə yazılı bildiriş təqdim etməməsi ilə bağlıdır. Bu hal “Banklar haqqında” qanunun 10.6-cı və 15.2-ci maddələrinin pozulması kimi qiymətləndirilib. Banka gələcəkdə oxşar halların təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi barədə sərəncam verilib.
İkinci pozuntu isə prudensial hesabatların tərtibi və təqdimatı qaydalarının pozulması ilə bağlıdır. Bu səbəbdən vəzifəli şəxs 2 000 manat cərimə olunub. AMB vurğulayıb ki, bu pozuntu bankın maliyyə stabilliyinə hər hansı təhdid yaratmır.
“AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə qeydiyyata alınıb, 2009-cu ildə isə indiki adını götürüb. Bankın nizamnamə kapitalı 70,39 milyon manat, qanuni təmsilçisi isə Xubanlı Orxan Qurban oğludur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.