AZ

İstanbulda İsrail Konsulluğu önündə atışma: Ölənlər və yaralılar var

İstanbulun Beşiktaş rayonunda İsrail Konsulluğunun da yerləşdiyi binanın önündə silah səsləri eşidilib.

Musavat.com xəbər verir ki, baş verən atışma nəticəsində 3 şəxs zərərsizləşdirilib, 2 polis əməkdaşı isə yaralanıb.

Hadisə yerinə çox sayda polis briqadası sövq edilib və ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. İstanbul Emniyyət Müdirliyindən verilən açıqlamaya görə, hücum edənlərdən 2-si öldürülüb, 1-i isə yaralı halda ələ keçirilib. Yaralı polislərin müalicəsinə dərhal başlanılıb.

Türkiyənin Ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, faktla bağlı 1 baş prokuror müavini və 2 respublika prokuroru təyin edilib. Prokurorlar hadisə yerində araşdırmalara və lazımi istintaq tədbirlərinə başlayıblar.

Ərazidə digər şübhəlilərin olma ehtimalına qarşı yoxlamalar davam edir. Artıq hadisə anına dair ilk görüntülər də mətbuatda yayılmağa başlayıb. Hadisənin təfərrüatları barədə əlavə məlumatların veriləcəyi bildirilir.

Musavat.com

Seçilən
26
1
musavat.com

2Mənbələr