AZ

ABŞ-ın Vitse-prezidenti Vens Budapeştə gedib

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens rəsmi səfərlə Macarıstanın paytaxtı Budapeşt şəhərinə gedib.

Bu barədə “24.hu” məlumat yayıb.

ABŞ-ın Vitse-prezidentini həyat yoldaşı ilə birlikdə hava limanında Macarıstanın xarici işlər naziri Peter Siyarto qarşılayıb.

XİN rəhbəri “Facebook”da yayımladığı videomüraciətdə Vensin səfərini Budapeşt və Vaşinqton arasında münasibətlərdə “qızıl dövrün” başlanğıcı kimi qiymətləndirib.

Qeyd edək ki, Vens Macarıstana səfər edən ilk ABŞ Vitse-prezidentidir.

Amerikalı rəsminin səfəri parlament seçkilərinə bir neçə gün qalmış baş verir.

Seçilən
16
5
apa.az

6Mənbələr