AZ

Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanacaq



Azərbaycandan havaya qalxaraq Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı ilkin hesabat tamamlanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ilkin hesabat aprelin 10-da açıqlanacaq.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 20 əsgərin şəhid olduğu faciəli qəzadan sonra başlayan istintaq və ekspertiza prosesində əhəmiyyətli bir mərhələyə gəlinib. İlkin hesabatın açıqlanması ilə hadisə ilə bağlı daha ətraflı məlumat əldə ediləcək.

Bu arada, Hərbi Hava Qüvvələri Komandanlığının Qiymətləndirmə və Təftiş İdarəsi tərəfindən təyyarə qəzasının səbəbini tam aydınlaşdırmaq üçün aparılan araşdırmalar davam edir. İlkin hesabatdan sonra qəza ilə bağlı yekun hesabatın hazırlanmasının bir müddət çəkəcəyi bildirilib.

Süleyman
Seçilən
10
newscenter.az

1Mənbələr