AZ

İqnat: Rusiya üç ölkənin ərazisindən Ukraynaya qarşı istifadə edir

BAKI, 7 aprel. TELEQRAF

“Rusiya İran istehsalı “Şahid” zərbə dronlarını idarə etmək üçün Belarus və digər qonşu ölkələrin ərazisindən Ukraynaya qarşı istifadə edir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

“Düşmən uçuşlar üçün Moldova - tanınmamış Dnestryanı, Rumıniya və Belarus ərazilərindən istifadə edir”, - o bildirib.

Hərbi Hava Qüvvələrinin sözçüsü əlavə edib ki, Belarusun Rusiyaya zərbə dronlarını idarə etməyə kömək edən infrastrukturu var.

Seçilən
20
teleqraf.com

1Mənbələr