AZ

“Çin Yaxın Şərqdə vəziyyətin mümkün eskalasiyasından narahatdır”

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Çin Yaxın Şərqdə mümkün eskalasiyadan narahatdır və bütün tərəfləri sülh danışıqlarına çağırır”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə ABŞ Prezidenti Donald Trampın İranın vacib infrastrukturuna zərbə endirməyə hazır olması barədə açıqlamasını şərh edərkən bildirib.

"Çin vəziyyətin dəyişməsindən dərin narahatlıq keçirir. Hazırkı böhranın şiddətlənməsi və onun həllinin təxirə salınması heç bir tərəfin marağına uyğun deyil", - o qeyd edib.

Diplomat, həmçinin tərəfləri böhranın həllində və sülh danışıqlarının irəliləməsində konstruktiv rol oynamağa çağırıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr