AZ

Avropada parçalanma: Veto hüququ müttəfiqləri üz-üzə qoydu

Xarici siyasətdə qərarların verilməsi məsələsi Avropa İttifaqında (Aİ) fikir ayrılığına səbəb olub.

Publika.az xəbər verir ki, bir sıra Aİ ölkəsi xarici siyasət qərarlarının qəbul edilməsi zamanı veto hüququnun məhdudlaşdırılmasını, yaxud tamamilə ləğv edilməsini təklif edir.

“Politico” nəşri yazır ki, bu təşəbbüs Almaniya və İsveç tərəfindən irəli sürülüb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful xarici siyasət və təhlükəsizlik məsələlərində yekdillik prinsipindən imtina edilməsi təklifini irəli sürüb. O, son illərin təcrübəsini, xüsusilə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiya qərarlarının qəbulu ilə bağlı yaranan problemləri arqument kimi təqdim edir. Hesab edir ki, hadisələrə çevik reaksiyanın verilməsi yekdil qərar prinsipini dəyişmək zərurəti yaradır.

İsveçin baş naziri Ulf Kristersson isə qərarların qəbulunda səsvermə sisteminin tətbiq edilməsini təklif edir.

Seçilən
1
publika.az

1Mənbələr