AZ

“Turan Tovuz” bu legioneri komandadan GÖNDƏRƏCƏK

“Turan Tovuz” klubu heyətindəki futbolçularından biri ilə vidalaşacaq.

Bizim.Media xəbər verir ki, söhbət David Tavareşdən gedir.

Kaboverdeli futbolçu böyük ümidlərlə komandaya transfer olunsa da, məşqçilər heyətinin ümidini doğrulda bilməyib.

Mövsümün ilk hissəsini zədə aldığına görə boşa verən təcrübəli legioner çox güman ki, yerli klublardan birinə icarəyə veriləcək.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçinin “Turan Tovuz”la 2028-ci ilə qədər müqaviləsi var.

Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr