AZ

İtaliyanın titullu klubu Darvin Nunyesi istəyir

"Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) hücumçusu Darvin Nunyes karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Canluka Di Martsio yayıb.

Məlumata görə, uruqvaylı forvardın xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin təmsilçisinin 26 yaşlı futbolçunu bu yay transfer etməyə çalışacağını vurğulayıb. "Qoca sinyora"nın rəhbərliyinin Nunyesin komandanın hücum xəttini gücləndirəcəyinə və onun gəlişindən sonra çempionluq şanslarının artacağına inandığı bildirilib.

Nunyes "Əl-Hilal"ə ötən ilin yayında, 53 milyon avro qarşılığında "Liverpul"dan transfer olunub. Səudiyyə Ərəbistanı klubunda 24 matça çıxan Darvin 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Əl-Hilal" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Kərim Benzemanın gəlişindən sonra əsas heyətdəki yerini itirən cənubi amerikalı iş yerini dəyişməkdə, yenidən Avropaya qayıtmaqda qərarlıdır. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Toğrul

Seçilən
6
1
fanat.az

2Mənbələr