AZ

Qasım Nağı: Ustad dərsləri iştirakçıların səhnə bacarıqlarının hərtərəfli inkişafına yönəlir

Bakı, 7 aprel, AZƏRTAC

“2-ci Uşaq Teatrı Festivalı” çərçivəsində aktyor sənəti üzrə ustad dərsləri keçirilir. Dərslər iştirakçıların səhnə bacarıqlarının hərtərəfli inkişafına yönəlir. Təlimlər zamanı səhnə danışığı və nitq texnikası, bədən dili, səhnə hərəkəti, emosiyaların düzgün və təsirli ötürülməsi, obraz üzərində işləmə, eləcə də improvizasiya kimi mühüm istiqamətlər xüsusi diqqət mərkəzində saxlanılır.

Bunu AZƏRTAC-a açıqlamasında ustad dərslərini tədris edən, festivalın münsiflər heyətinin üzvü, Əməkdar artist Qasım Nağı söyləyib.

O vurğulayıb ki, iştirakçılar təlimdə həm nəzəri biliklər əldə edir, həm də praktiki məşğələlər vasitəsilə qazandıqları bilikləri tətbiq edərək öz yaradıcılıq potensiallarını daha da inkişaf etdirmək imkanı qazanırlar.

“Festival çərçivəsində təqdim olunan tamaşalar da yüksək səviyyədə hazırlanıb. Gənc iştirakçıların səhnəyə yanaşmasında səmimiyyət, enerji və yaradıcı axtarışların aydın hiss olunur. Səhnə əsərlərinin əksəriyyəti tamaşaçıda xoş təəssürat yaradır”,-deyə Q.Nağı əlavə edib.

Müxbir – Fidan Əlizadə
Fotoqraf – Səfiyar Məcnun
Seçilən
12
1
azertag.az

2Mənbələr