AZ

Lüksemburqda Azərbaycan stendinə böyük maraq olub (FOTO)

Bakı. Trend:

Lüksemburqda “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” adlıbeynəlxalq festival keçirilib.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük HersoqluğundakıSəfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasınıntəşkilatçılığı ilə ölkəmiz ilk dəfə bu festivalda iştirak edib.

Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzindəolub. Qonaqlar ölkəmizin zəngin mədəni irsinə, milli mətbəxnümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraqgöstəriblər. Soydaşlarımız festival boyu mədəni mübadilə vəqarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadəediblər.

Lüksemburqun Xarici işlər və xarici ticarət naziri XavierBettel, eləcə də Ailə işləri, həmrəylik, birgəyaşayış vəqaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəkimədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Azərbaycanın bu nüfuzlu beynəlxalq platformada iştirakıölkəmizin mədəniyyətinin Lüksemburqda daha geniş tanıdılmasına,müxtəlif icmalar arasında mədəni dialoqun gücləndirilməsinə vəqarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verib.

Lüksemburqda
Lüksemburqda
Lüksemburqda
Lüksemburqda
Lüksemburqda
Lüksemburqda
Seçilən
14
5
az.trend.az

6Mənbələr