AZ

Professor: Azərbaycanda elmin, mədəniyyətin və yaradıcılığın gələcək inkişafı üçün möhkəm zəmin yaranıb

Bakı,7 aprel, AZƏRTAC

Ölkəmizdə mədəniyyət sahəsinin inkişafına hər zaman ardıcıl dövlət dəstəyi göstərilir, bu sahədə həyata keçirilən məqsədyönlü layihələr milli-mədəni irsin qorunması və dünya miqyasında tanıdılması baxımından əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-da keçirilən Elm Gününün fəxri qonağı, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı, professor Fərhad Xəlilov çıxışında deyib.

O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə və elmin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu siyasətin ölkənin məi-mənəvi tərəqqisində həlledici rol oynadığını vurğulayıb. Bu gün həmin strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Xalq rəssamı Fərhad Xəlilov mədəniyyət sahəsinin inkişafına hər zaman ardıcıl dövlət dəstəyi göstərildiyini, bu sahədə həyata keçirilən məqsədyönlü layihələrin milli-mədəni irsin qorunması və dünya miqyasında tanıdılması baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Professor Fərhad Xəlilov dünya mədəniyyətinə müasir baxış kontekstində rəssamlıq sənətinin cəmiyyətin estetik düşüncəsinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb, milli rəssamlıq məktəbinin beynəlxalq mədəni proseslərə uğurla inteqrasiya etdiyini diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərin ölkənin ictimai-siyasi və mədəni həyatında yeni mərhələ açdığını xüsusi qeyd edib. Vurğulayıb ki, Azərbaycan bu gün öz inkişafının ən yüksək mərhələsini yaşayır və əldə olunan nailiyyətlər elmin, mədəniyyətin və yaradıcılığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Yaradıcılıq fəaliyyəti haqqında da məlumat verən Xalq rəssamı Fərhad Xəlilov gənc yaşlarından etibarən özünü bacarıqlı fırça ustası kimi sınadığını bildirib. O, yaradıcılığı boyu daim Abşeron estetikası, memarlığı və təbiətindən ilhamlanaraq müxtəlif əsərlər yaratdığını söyləyib.

Seçilən
25
1
azertag.az

2Mənbələr