“Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Münsiflər heyətinin səsverməsinə əsasən, Misli Premyer Liqasında Eren Aydın (“Zirə”), 1-ci Liqada Tərlan Quliyev (“Şəfa”), 2-ci Liqada Emil Quluzadə (“Qaradağ Lökbatan”) birinci olub.