AZ

Okan Buruk İkardini "süründürəcək"

Rəqib meydanda “Trabzonspor”a 2:1 hesabı ilə məğlub olan lider “Qalatasaray” uğursuzluq zolağından çıxmağa çalışır. Metbuat.az xəbər verir ki, sarı-qırmızılı komanda sabah “Göztepe”nin qonağı olacaq. İstanbul təmsilçisi rəqibi məğlub edib azarkeşlərin könlünü almaq istəyir.Türkiyə mediasnın yazdığına görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk argentinalı futbolçusu Mauro İkardini cəzalandırıb. “Trabzonspor” matçında zəif oyunu ilə komanda yoldaşlarını çətin vəziyyətdə qoyan 32 yaşlı hücumçu bu dəfə ehtiyat oyunçular skamiyasında əyləşməli olacaq. Okan Buruk İkardinin məşqlərə etinasız yanaşmasını və zəif oyununu ona bağışlamaq istəmir. Yerli mətbuat baş məşqçi ilə yetirməsi arasındakı gərginliyi belə şərh edib: “Okan Buruk İkardini süründürəcək”.

Qeyd edək ki, “Qalatasaray” hazırda 64 xalla turnir cədvəlinə liderlik edir.

Seçilən
19
metbuat.az

1Mənbələr