AZ

“Səbail” klubunun baş məşqçisi cəzalanıb

“Səbail”

I Liqada mübarizə aparan "Səbail" klubunun baş məşqçisi Adil Şükürov cəzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Buna çalışdırıcının "Baku Sportinq"lə keçirilən XX tur matçında ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. Şükürovun bu hərəkətinə görə “dənizçilər” 3000 manat ziyana düşüb. Baş məşqçinin özünə isə 4 oyunluq cəza verilib.

Qarşılaşma “Səbail”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
4
2
xalqcebhesi.az

4Mənbələr