ABŞ-ın iki B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsi İran üzərində döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra dünən Böyük Britaniyadakı Ferford aviabazasına qayıdıb.
Herbiand.az bildirir ki, bu barədə Military Air Tracking Alliance (MATA) aviasiya resursu məlumat verib.
İranın hava məkanında gecə əməliyyatı da daxil olmaqla, fasiləsiz missiyanın müddəti təxminən 18 saat olub. Uzun uçuşu Yaxın Şərqdəki hava bazalarından havaya qalxan tanker təyyarələr dəstəkləyib.
Hazırda Ferford aviabazasında 15 ədəd B-1B və 8 ədəd B-52H ağır bombardmançı təyyarəsi yerləşir.
Bəxtiyar CƏFƏRLİ