AZ

Qaradağda böyük ƏMƏLİYYAT: Beş nəfər SAXLANILDI

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisində baş tutan tədbirlər zamanı 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov şübhəli kimi saxlanılıblar.

Onlardan ümumilikdə 70 kiloqram 875 qram həcmində tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə - marixuana aşkarlanıb. Saxlanılanların müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, tutulan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
16
32
far.az

10Mənbələr