AZ

Keçmiş xüsusi təyinatlıya qarşı yeni ittiham irəli sürülüb

Avstraliyanın sağ olan ən çox medal sahibi keçmiş hərbçisi Ben Roberts-Smit, Əfqanıstanda müharibə cinayəti törətdiyi iddiası ilə saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Avstraliya Federal Polisi (AFP) tərəfindən verilən açıqlamada bildirilir ki, 47 yaşlı keçmiş hərbçi Roberts-Smit Sidney hava limanında saxlanılıb.

Açıqlamada qeyd olunub ki, Roberts-Smit 2009–2012-ci illərdə Əfqanıstanda xidmət etdiyi dövrdə silahsız şəxsləri öldürdüyü iddiası ilə beş ayrı “müharibə cinayəti çərçivəsində qətl” maddəsi üzrə mühakimə olunacaq. Bu cinayətlərin maksimum cəzasının ömürlük həbs olduğu bildirilib.

İstintaq çərçivəsində ümumilikdə 53 iş açıldığı xatırladılıb. Bunlardan 39-da kifayət qədər sübut tapılmadığı üçün aktiv araşdırma dayandırılıb, 10 iş üzrə isə prosesin davam etdiyi bildirilib.

Avstraliyada verilən ən yüksək hərbi təltifin sahibi olan və 2013-cü ildə ordudan ayrılan Roberts-Smit “ölkənin ən çox medal almış keçmiş hərbçisi” kimi tanınır.

Avstraliya Müdafiə Qüvvələri Baş Müfəttişliyi daha əvvəl də Əfqanıstanda xidmət etmiş hərbçilərin müharibə cinayətləri törətdiyi iddialarını araşdırmışdı.

IGADF 2020-ci ilin noyabr ayında yayımladığı hesabatda 39 əfqan mülki şəxsin hərbçilər tərəfindən öldürüldüyünü ortaya qoymuşdu.

Roberts-Smit 2023-cü ildə Əfqanıstandakı xidməti zamanı müharibə cinayəti törətdiyinə dair xəbərlərlə bağlı müxtəlif qəzet və jurnalistlərə qarşı açdığı böhtan iddiasını uduzmuşdu.

Seçilən
5
cebheinfo.az

1Mənbələr