AZ

İran razılığa gəlməsə, onları Daş dövrünə qaytaracağıq - Levitt

ABŞ Prezidenti Donald Tramp İslam Respublikasının rəhbərliyi ABŞ ilə razılığa gəlməsə, İranı Daş dövrünə qaytaracaq.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt danışıb.

"İran hakimiyyəti sabah saat 20:00-a qədər ( 8 aprel, Bakı vaxtı ilə saat 5:00 ) ABŞ ilə razılığa gəlməlidir. Əks halda, Prezident Tramp vəd etdiyi kimi onları Daş dövrünə qaytaracaq", - deyə ABŞ administrasiyasının sözçüsü təhdidi təkrarlayıb.

Qeyd edək ki, Tramp əvvəllər İrandakı bütün elektrik stansiyalarını və körpüləri dağıdacağını və bununla da ölkəni Daş dövrünə qaytaracağını vəd etmişdi.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr