Hizbullah döyüşçüləri aprelin 6-da İsrailə qarşı 61 döyüş əməliyyatı həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.
Gün ərzində İsrail qüvvələrinə qarşı 22 hücum cəhdi dəf edilib. Bundan əlavə, İsrail ordusunun iki qərargahı və bazasına, iki sərhəd məntəqəsinə və iki kazarmaya hücum edilib, beş "Merkava" tankı isə sıradan çıxarılıb.
İsrail və Hizbullah arasında gərginlik 2 mart 2026-cı il gecəsi Livan hərəkatının regional vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda İsrail ərazisinə raket hücumlarını bərpa etməsi ilə başlayıb. Buna cavab olaraq İsrail ölkənin cənub bölgələrində, Bekaa vadisində və Beyrutun kənarında Livana qarşı genişmiqyaslı hücuma başlayıb.
16 martda İsrail ordusu Livanın cənubunda quru əməliyyatının başladığını rəsmi olaraq elan edib. Bu müddət ərzində Livanda hərbi əməliyyatlar nəticəsində 1 milyondan çox insan təxliyə edilib.
Aminə ŞAHSUVARQIZI