Şəki, 7 aprel, AZƏRTAC
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 815 şagird yarımfinal turuna vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Qurumun əməkdaşı bildirib ki, şimal-qərb bölgəsi üzrə olimpiada və müsabiqələrin rayon turunda ümumilikdə 3185 şagird biliyini sınayıb.
Qeyd edək ki, riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun mayın 2-də keçirilməsi nəzərdə tutulur.
Müxbir – Mustafa Dadaşov