AZ

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri yeni inkişaf dövrünə qədəm qoyur

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstanaetdiyi dövlət səfəri Cənubi Qafqazın bu iki respublikası arasındakıəlaqələrin son illərdə yeni keyfiyyət mərhələsinə yüksəldildiyininümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Busəfər təsdiq etdi ki, mehriban qonşuluq və dostluq prinsiplərinəsöykənən, çoxsaylı əməkdaşlıq sferalarını əhatə etməklə stratejisəviyyəyə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri həm dəregionun siyasi-iqtisadi arxitekturası baxımından xüsusi məzmunkəsb edir.

Azərbaycan və Gürcüstanın bölüşdüyü dəyərlər çoxdur. Hər ikidövlətin vahid coğrafi məkanda yerləşməsi, tarixən müstəqildövlətçiliyə sahib olmaları, XX əsrdə eyni taleni yaşamaları mühümsiyasi-mənəvi meyarlar kimi bu gün Azərbaycan-Gürcüstanəlaqələrinin təməlində dayanır. Ötən əsrin 90-cı illərininortalarından başlayaraq münasibətlər yeni inkişaf dövrünə qədəmqoyub. Azərbaycanın təşəbbüsləri ilə həyata vəsiqə alanBakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi,Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi infrastrukturlar isə butəməlləri daha da möhkəmləndirərək, münasibətləri stratejitərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün iki dövlət arasında deməkolar ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində ikitərəflivə faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyevindövlət səfəri zamanı Tbilisidə Gürcüstanın Prezidenti MixeilKavelaşvili və Baş naziri İrakli Kobaxidze ilə görüşlərində bununlabağlı müzakirələr aparıldı və görünən odur ki, hər iki tərəfəlaqələrin daha da inkişafında maraqlıdır.

Əlbəttə, münasibətlərin sürətli inkişafının, stratejitərəfdaşlıq səviyyəsinə yüksəlməsinin hər iki tərəfin əməkdaşlığındaha da genişlənməsində maraqlı olmasının əsas səbəbi yüksək siyasiəlaqələrdir. Təsadüfi deyil ki, hər iki dövlət hər zamanbir-birinin ərazi bütövlüyünü, suverenliyini qətiyyətlədəstəkləyib. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlardabir-birinə daim dəstək veriblər, bir-birinin maraqlarını qətiyyətləmüdafiə ediblər. Azərbaycan Gürcüstanın ən çətin zamanlarında onadayaq olub, maddi və mənəvi dəstəyini əsirgəməyib. 44 günlük Vətənmüharibəsi zamanı Gürcüstanın ədalətli və obyektiv siyasi mövqenümayiş etdirməsi hər zaman Azərbaycanda xüsusi minnətdarlıqlaxatırlanır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və PrezidentMixeil Kavelaşvilinin seçkilərdə qalib gəldikdən sonra ötən il ilkxarici səfərlərini məhz respublikamıza etmələri də iki dövlətarasındakı yüksək siyasi münasibətlərdən və qonşu dövlətinAzərbaycanla münasibətlərə xüsusi diqqətlə yanaşmasından xəbərverir.

Bir mühüm məsələni də qeyd etmək yerinə düşər ki, son aylardaAzərbaycandan Ermənistana tədarük olunan məhsulların Gürcüstanvasitəsilə çatdırılması da iki dövlətin yüksək siyasimünasibətlərinin və rəsmi Tbilisinin Azərbaycanın başlatdığı sülhprosesinə verdiyi dəstəyin təzahürüdür. Təsadüfi deyil ki,Tbilisidə mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bunagörə Gürcüstan hökumətinə təşəkkürünü ifadə etdi.

İqtisadi əlaqələrə gəldikdə, Gürcüstan Azərbaycanın əsasiqtisadi tərəfdaşları sırasında dayanan dövlətdir. Keçən il ikiölkə arasındakı ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dollarıtəşkil edib. İndiyədək Azərbaycan tərəfindən Gürcüstanıniqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayə qoyulub. İkiölkə arasındakı iqtisadi tərəfdaşlığın əsas özəlliyi isəAzərbaycanın karbohidrogen ehtiyatlarını Gürcüstan vasitəsiləbeynəlxalq bazarlara ixrac etməsidir. O cümlədən, bu gün Avropa iləAsiya arasındakı nəqliyyat əlaqələrində aparıcı rol oynamaqla,bütün keyfiyyət göstəriciləri baxımından özünü tam doğruldan OrtaDəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir və bu çərçivədəəməkdaşlıq iki ölkənin iqtisadi tərəfdaşlığının mühümistiqamətlərindən biri kimi özünü göstərir.

Prezident İlham Əliyevin Tbilisidə keçirdiyi görüşlərdəəlaqələrin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıqprinsiplərinə əsaslandığı qeyd olunaraq, əməkdaşlığın müxtəlifistiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşılenerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişafetdiyi bildirildi. Dövlətimizin başçısının bildirdiyi kimi, ikidövlətin münasibətləri bütün qonşular üçün nümunə ola bilər:

“Bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlikgetdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır vəbirgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili,əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizimmünasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər.Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət,qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur.Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Onu da qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli KobaxidzePrezident İlham Əliyevi ölkəsinin əziz dostu adlandıraraq,dövlətimizin başçısının səfərinin xüsusi şərəf olduğunu bəyan etdi.İrakli Kobaxidzenin bu fikirləri Prezident İlham Əliyevinşəxsiyyətinə, nüfuzuna və apardığı uğurlu regional siyasətə verilənyüksək siyasi qiymətdir. Bu fikirlər ondan xəbər verir ki,Azərbaycan Prezidentinin yürütdüyü siyasət həm də Cənubi Qafqazregionunda yüksək siyasi etimadı və möhkəm iqtisadi tərəfdaşlığıtəmin edir.

Tbilisidə Prezident İlham Əliyevin və Baş nazir İrakliKobaxidzenin mətbuata bəyanatlarında hər iki tərəfinsiyasi-iqtisadi dialoqu davam etdirməyə və müxtəlif sahələrdəəməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları ifadə edildi.Dövlətimizin başçısının toxunduğu məsələlər Azərbaycan-Gürcüstanmünasibətlərinin yalnız mövcud vəziyyətini deyil, gələcəkprioritetlərini də ortaya qoydu. Şübhəsiz ki, dostluq və mehribanqonşuluq prinsiplərinə əsaslanan əlaqələr Prezident İlham ƏliyevinGürcüstana dövlət səfərinin nəticəsi olaraq iqtisadi, siyasi vəstrateji maraqlar əsasında daha da möhkəmlənəcək. Çünki mövcuddinamika və Tbilisidəki görüşlərdə səsləndirilən fikirlər ikidövlət arasındakı siyasi və iqtisadi əməkdaşlıq sferalarınınqarşıdakı dövrdə daha da genişlənəcəyini söyləməyə əsas verir.

Bütövlükdə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri,Tbilisidə keçirdiyi görüşlər və verdiyi bəyanatAzərbaycan-Gürcüstan münasibətlərinin güclü və strateji regionaltərəfdaşlıq modeli olduğunu nümayiş etdirdi. Dostluğa, mehribanqonşuluğa və strateji tərəfdaşlığa əsaslanan bu əlaqələr həm dəregionun təhlükəsizliyinə, inkişafına və rifahına böyük töhfələrverir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
23
2
az.trend.az

3Mənbələr