Azərbaycan və Gürcüstan mərkəzi bankları arasında təcrübə mübadiləsi aparılıb.
Bu barədə "Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Gürcüstan Milli Bankının nümayəndə heyəti AMB-də işgüzar səfərdə olub.
Səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsinə dair hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.
Görüşlər zamanı stres-test çərçivəsi, həmçinin fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.