AZ

Sinqapur enerji qiymətlərinin artımına qarşı 780 milyon dollarlıq yardım paketiAYIRDI

Sinqapur Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirini azaltmaq üçün təxminən 1 milyard Sinqapur dolları (780 milyon ABŞ dolları) dəyərində dəstək paketi təqdim edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "France 24" yayıb.

Sinqapurun maliyyə naziri Ceffri Siov bildirib ki, paketə nağd ödənişlər və yanacaq vauçerləri daxildir.

O qeyd edib ki, bu tədbirlər İranla müharibə səbəbindən enerji qiymətlərinin kəskin artmasından sonra qəbul olunub və paket 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən, yanacaq qiymətlərini artıran paketdən daha böyükdür.

“Münaqişənin nə qədər davam edəcəyini və onun iqtisadi nəticələrini bilmirik, amma hökumət vəziyyətə reaksiya verməkdə ayıqdır”, – deyə Siov əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr