AZ

İranda İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunun 85 nəfər tutulub

İranda 85 nəfər düşmənlə əməkdaşlıqda ittiham olunaraq saxlanılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran polis qüvvələrinin baş komandanı Əhməd Rza Radan bildirib.

Onun sözlərinə görə, İranın 25 əyalətdə İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunun 85 nəfər tutulub.

Radan jurnalistlərə açıqlamasında deyib ki, şübhəli şəxslərdə elektron avadanlıqlar, “Starlink” cihazları, silah-sursat aşkar edilərək götürülüb.

İran polis qüvvələrinin baş komandanı qeyd edib ki, saxlanılanlar düşmənə əməliyyatlarını asanlaşdırmaq məqsədilə infrastruktur obyektlərinin, keçid məntəqələrinin və təhlükəsizlik qüvvələrinin yerlərinə dair məlumatlar göndəriblər.

“Həmin məlumatlar döyüş əməliyyatlarında istifadə olunmaq üçün göndərilib”, - Radan əlavə edib.

Haşim Rahimi

Seçilən
27
8
apa.az

9Mənbələr