AZ

Ermənistanda seçki məcəlləsinə dəyişiklik 

Ermənistanda seçkilər ərəfəsində məcəllənin yenilənməsi təşəbbüsü irəli sürülüb.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyası seçkilərə cəmi 2 ay qalmış Seçki Məcəlləsinə dəyişikliklər təşəbbüsü ilə çıxış edib.

Aprelin 7-də bu məsələ ilə bağlı Milli Məclisin növbədənkənar iclası çağırılıb. Ermənistan müxalifəti isə bu dəyişikliyin Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə zidd hesab olunduğunu bildirib.

Təklif olunan dəyişikliklərə əsasən, siyasi blok və partiyaların adlarında şəxsi ad və soyadlardan istifadə qadağan ediləcək.

Müxalif qanad hesab edir ki, bu təşəbbüs konkret olaraq “Taşir” şirkətlər qrupunun sahibi, iş adamı Samvel Karapetyana qarşı yönəlib. Belə ki, onun adı və soyadı rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun adında yer alır.

Bu addım Ermənistanda seçki ərəfəsində siyasi mübarizənin daha da sərtləşdiyini göstərən növbəti siqnal kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr