AZ

Rusiyadan İrana kəşfiyyat dəstəyi 55 kritik hədəfin siyahısı verilib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın İrana yeni kəşfiyyat məlumatları ötürdüyü bildirilir.

"The Jerusalem Post" qəzetinin Ukrayna kəşfiyyatına yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, Rusiya kəşfiyyatı İsrailin enerji infrastrukturuna aid 55 kritik hədəfin detallı siyahısını İrana təqdim edib.

Məlumata əsasən, Moskva ilə Tehran arasında ötürülən bu məlumatların İranın İsrailin enerji şəbəkəsinə qarşı raket hücumları həyata keçirməsinə imkan yarada biləcəyi bildirilir.

Hesabatda qeyd olunur ki, müəyyən edilən hədəflər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünüb. Birinci kateqoriyaya ölkənin enerji sistemini iflic edə biləcək əsas istehsal obyektləri daxildir. İkinci kateqoriyada İsrailin mərkəzində yerləşən və böyük yaşayış məntəqələrinə xidmət göstərən sənaye və iri şəhər enerji mərkəzləri yer alır. Üçüncü kateqoriyaya isə sənaye zonalarını və kiçik elektrik stansiyalarını dəstəkləyən transformator yarımstansiyaları da daxil olmaqla yerli infrastruktur obyektləri aid edilir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr