AZ

Tbilisi səfəri: Bakı Tbilisi yeni regional təhlükəsizlik arxitekturası qurur

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 “Prezident İlham Əliyevin Gürcüstana həyata keçirdiyi son dövlət səfəri sadəcə iki dost və strateji tərəfdaş ölkə arasında diplomatik təmasların davamı deyil, eyni zamanda Cənubi Qafqazda yeni geosiyasi mərhələnin siyasi konturlarını müəyyən edən mühüm hadisədir. Tbilisidə səslənən mesajlar göstərdi ki, Bakı və Tbilisi münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq, regionun təhlükəsizlik, enerji, logistika və sülh gündəliyinin əsas sütunlarından birinə çevrilib”.

 Bunu Ölkə.az-a açıqlamasında  Milli Məcliisn Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan–Gürcüstan parlamentləri ilə əlaqələr üzrə qrupunun  rəhbəri Arzu Nağıyev deyib.

Onun fikrincə, bu səfərin strateji çəkisini artıran əsas məqam odur ki, o, Azərbaycan–Ermənistan sülh prosesinin yeni mərhələyə daxil olduğu, Orta Dəhlizin qlobal əhəmiyyətinin yüksəldiyi və Qara dəniz–Xəzər geoiqtisadi xəttinin yenidən dəyərləndirildiyi dövrə təsadüf edir.

“Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə keçirilən görüşlərdə verilən əsas mesajlardan biri qarşılıqlı suverenlik və ərazi bütövlüyünə qəti dəstəyin bir daha təsdiqlənməsi oldu. Bu, Bakı–Tbilisi münasibətlərinin əsas fəlsəfəsinin dəyişməz qaldığını göstərir: siyasi etimad, strateji sabitlik və qarşılıqlı maraqlar.

Əslində bu xətt illərdir region üçün bir “stabil nüvə” rolunu oynayır. Ermənistanla münasibətlərin normallaşması fonunda Gürcüstanın sülh prosesinə platforma və logistika dəstəyi verməyə hazır olduğunu bildirməsi onu göstərir ki, Tbilisi Cənubi Qafqazın yeni dialoq məkanına çevrilmək niyyətindədir. 

Bu mənada Prezident Əliyevin səfəri Bakı–Tbilisi tandemini regional təhlükəsizlik mexanizminin siyasi dayağı kimi daha da gücləndirdi”, - o vurğulayıb.

 Deputat  bildirib ki, səfərin ən mühüm regional nəticələrindən biri Azərbaycan–Ermənistan sülh prosesinə verilən siyasi dəstəyin Gürcüstan tərəfindən açıq şəkildə ifadə olunmasıdır:

“Burada diqqətçəkən məqam odur ki, Gürcüstan sadəcə müşahidəçi kimi deyil, sülhün iqtisadi dayaqlarının qurulmasında tranzit və ticarət platforması rolunda çıxış edir. Prezident Əliyevin vurğuladığı kimi, hazırda Azərbaycanla Ermənistan arasında məhdud ticarət axınlarının Gürcüstan üzərindən həyata keçirilməsi gələcəkdə regionun iqtisadi inteqrasiyası üçün praktik model yaradır. 

Bu isə o deməkdir ki, səfər siyasi sülh prosesini gücləndirir,  iqtisadi qarşılıqlı asılılığı artırır, münaqişə sonrası etimadın bərpasına xidmət edir.  Yəni bu dövlət səfəri sülh müqaviləsindən sonrakı regional əməkdaşlıq modelinin ilkin konturlarını cızır.

Azərbaycan–Gürcüstan münasibətlərinin əsas strateji sütunu enerji və nəqliyyat dəhlizləridir. Dövlət səfəri zamanı bu xəttin daha da genişləndirilməsi xüsusi yer tutdu.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizi və Orta Dəhliz bu gün artıq təkcə iki ölkənin deyil, Avropanın enerji təhlükəsizliyi və Asiya–Avropa ticarətinin əsas arteriyalarından biridir. Gürcüstan burada ilk tranzit məntəqə kimi Azərbaycan qazının Avropaya çıxışında strateji rol oynayır. 

Qlobal geosiyasi silkələnmələr fonunda Orta Dəhlizin önə çıxması Bakı–Tbilisi xəttini daha da kritik edir. Bu səfər göstərdi ki, dəhlizlərin ötürücülük gücü artırılacaq, logistika infrastrukturu modernləşdiriləcək, yeni investisiya layihələri ilə yük axını genişlənəcək. Beləliklə, səfər Cənubi Qafqazı geosiyasi periferiyadan geoiqtisadi mərkəzə çevirən prosesin tərkib hissəsidir. Bu səfərin analitik baxımdan ən maraqlı tərəfi Gürcüstanın rolunun dəyişən mahiyyətidir. Tbilisi artıq yalnız tranzit ölkə deyil.

O Azərbaycan–Ermənistan dolaylı iqtisadi əlaqələrinin platforması, Qara dəniz istiqamətində enerji çıxış qapısı, Orta Dəhlizin əsas logistika qovşağı, regiondaxili siyasi dialoq üçün neytral məkan rolunu oynayır.Prezident Əliyevin Gürcüstanın rolunu ayrıca vurğulaması da bu yeni reallığın diplomatik təsdiqidir. Bu dövlət səfərinin əsas strateji nəticəsi ondan ibarətdir ki, Cənubi Qafqazda təhlükəsizlik modeli artıq qarşıdurma deyil, qarşılıqlı fayda üzərində qurulur.

Yeni modelin sütunları Azərbaycan–Gürcüstan siyasi etimadı, enerji və nəqliyyat inteqrasiyası, sülh sonrası iqtisadi əməkdaşlıq, Orta Dəhliz üzərindən qlobal bağlantı, Qara dəniz–Xəzər strateji oxudur. Məhz buna görə Prezident Əliyevin Gürcüstan səfəri yalnız dövlət protokolu hadisəsi deyil, regionun gələcək siyasi-iqtisadi arxitekturasını formalaşdıran strateji səfərdir.

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəltməklə yanaşı, Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi prosesinə ciddi siyasi impuls verdi.

Bu səfər Bakı–Tbilisi tandeminin təkcə regionun deyil, daha geniş Avrasiya geosiyasətinin gələcəyində əsas söz sahiblərindən biri olduğunu bir daha nümayiş etdirdi. Dünən Tbilisidə verilən mesaj əslində budur: Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, Bakı–Tbilisi xətti üzərində qurulan əməkdaşlıq modelindədir”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
olke.az

2Mənbələr