AZ

Tramp İrana görə yaxın adamını qurban verəcək KİV

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran ABŞ-dan yeni sülh təklifləri alıb. Burada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun yerinə vitse-prezident Cey Di Vensin təyin edilməsi ilə bağlı təklif də əksini tapıb”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp açıq şəkildə İranla görüş və razılaşma istəyir. ABŞ-ın təklifində Uitkoffun İsrailin Baş naziri Benyamin Netanyahunun ətrafına yaxınlığı səbəbindən vəzifəsindən kənarlaşdırılmasını qeyd olunur.

Mənbənin sözlərinə görə, Vaşinqtonun adından Vensin aparacağı danışıqlar nəticəsində İranın tələblərinə ciddi cavab verəcək dialoq qurula bilər.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
globalinfo.az

1Mənbələr