AZ

SOCAR ın iki idarəsinin qeyri neft ixracından gəlirləri kəskin azalıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və Qaz İxrac İdarəsinin ixrac gəlirlərində kəskin azalma müşahidə olunub.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Belə ki, hesabat dövründə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalma deməkdir.

Şirkətin Qaz İxrac İdarəsi isə dövr ərzində 2,6 milyon ABŞ dollar dəyərində məhsul ixrac edib. Bu göstərici isə illik müqayisədə 6 dəfə azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar - fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respubliksındakı Nümayəndəliyi,“AGRARCO” MMC, "Prime Cotton” MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "PRİME LM" Məhdud Məsuliyyətli Cəmiyyəti ,"P-AQRO" MMC,"KHAN-EL" MMC, "MORS TRADİNG" MMC,"STP ALÜMİNİUM" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "SOCAR POLYMER" MMC, "AZƏRALÜMİNİUM" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar" İdarəsi, " AzərpambıqAqrarSənayeKompleksi" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Socar Cape" MMC,"Sənayecihaz" EİM,"İstisu" Mineral Su Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
apa.az

4Mənbələr