AZ

Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri qonşudövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdanstrateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstanmünasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir.Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıqmünasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyuxalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitindəyaşamışlar. Hazırda dövlətlərarası əlaqələr bu möhkəm təməlüzərində uğurla inkişaf edir.

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstanəlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimizarasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdəsəmərəli əməkdaşlıq formalaşıb. Bu mühüm məqamı xüsusi qeydetməliyik ki, Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiqPrezidenti Eduard Şevardnadze arasında uzun illərə söykənən səmimidostluq münasibətləri bu əlaqələrin inkişafında əhəmiyyətli roloynayıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərhəyata keçirilib. Hər bir səfər əlaqlərin daha da möhkəmlənməsində,yeni istiqamətlər üzrə inkişafında öz sözünü deyib. Atılan hər biraddım ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlhamƏliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkəninmünasibətlərinin dünəninin, bu gününün fonunda gələcəyi barədəaydın təsəvvür yaratdı. Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını, Heydər Əliyevadına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsiniziyarət etdilər. Prezident İlham Əliyevin səfər çərçivəsindəGürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü oldu.Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq,mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığıqeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədənsiyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələrvə digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlifsəviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizingenişlənməsində roluna diqqət yönəldildi. Azərbaycan iləGürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerjilayihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadiəhəmiyyəti qeyd edildi. Görüşdə Cənubi Qafqazda sabitliyin vətəhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistanarasında normallaşma prosesinin rolu vurğulandı.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlhamƏliyevin, eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilətəkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatla çıxışetdilər. Səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkanverəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdiki, bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki,Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir. Tarixiəlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü vəAzərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitindəyaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyinivurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bu gün iki müstəqildövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir.Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişafedəcək.

Mətbuata bəyanatında diqqəti hazırda nəqliyyat dəhlizləriningenişləndirilməsi istiqamətində aparılan işlərə yönəldən Prezidentİlham Əliyev vurğuladı ki, Orta Dəhliz Azərbaycan və Gürcüstanərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunugenişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, bu günCənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və CənubiQafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki,dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlıtoqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. CənubiQafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu günCənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıqməkanına çevrilir. Dövlətimizin başçısının bu fikirlərinin davamıolaraq Gürcüstanın Baş naziri bildirdi ki, Prezident İlham ƏliyevGürcüstanın dəyərli dostudur və Azərbaycan Prezidentinin burayasəfəri hər zaman bizim üçün böyük şərəfdir.

Millət vəkili bildirib ki, ölkələrimiz arasında əlaqələrininkişafında iqtisadi amil, xüsusilə enerji sektoru əhəmiyyətli roloynayır. Hər zaman əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın malikolduğu enerji resurslarından səmərəli istifadəsini təmin etmək üçünsəylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə verdiyi önəmbugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Belə ki,regional çərçivədə qurulan əməkdaşlığın əsası olanBakı-Tbilisi-Ceyhan neft (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qazlayihələrinin reallığa çevrilməsi ilə həm iştirakçı, həm də digərölkələrin dayanıqlı inkişafının təmin edilməsi üçün geniş imkanlaryarandı. Çoxlarına əfsanə kimi görünən bu layihələr Azərbaycan,Türkiyə və Gürcüstan arasında əlaqələri, birliyi daha damöhkəmləndirdi. Azərbaycanın öz enerji resurslarını Avropabazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedənyüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi vəölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyatlayihələrinin icra edilməsi regionumuzdan keçən yük axınınınhəcmini dəfələrlə artırıb. Əhəmiyyətinə görə BTC və BTƏ neft-qazlayihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu bubirliyi daha da möhkəmləndirdi. Azərbaycan və Gürcüstanın enerji vənəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhənglayihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmətedir, hətta regionun hüdudlarını aşaraq qlobal enerjitəhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsnarol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühümenerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir,Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa,səmərəli alternativ bağlantı yaradır. Bu gün yaşıl enerji bazardaböyük maraq doğurur, buna böyük tələbat var. Gürcüstanla AzərbaycanAvropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləriçərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiyalayihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmətedir.

Vüqar Rəhimzadə vurğulayıb ki, iki ölkə arasında münasibətlərənəzər salarkən humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaqlazımdır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyatakeçirilən çoxsaylı layihələri xüsusi qeyd etmək lazımdır.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da TbilisidəMirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilətanış oldu. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə FətəliAxundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlıziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə FətəliAxundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli LiderHeydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyətocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimifəaliyyət göstərir. Gürcüstan Prezidentinin Sərəncamına əsasən,2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilibvə 2013-cü ildə Azərbaycanın maliyyə dəstəyi ilə burada əsaslıtəmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin90 illik yubileyinə həsr olunub. Azərbaycanın birinci xanımıMehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində də olub.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Gürcüstanadövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrindaha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdəəməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Ölkələrimiz arasındaəlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verirki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha dagenişlənəcək və yeni sahələri əhatə edəcək. Azərbaycan-Gürcüstanmünasibətləri yüksək səviyyəli strateji tərəfdaşlıq, mehribanqonşuluq və dostluq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi,enerji və nəqliyyat sahələrində uğurla inkişaf edən əlaqələrregional sabitliyin və təhlükəsizliyin əsastəminatçılarındandır.

Seçilən
3
5
az.trend.az

8Mənbələr