"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının 31-ci turunda "Napoli"yə məğlubiyyətdən (0:1) danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "DAZN Italia"-ya açıqlamasında fikirlərini belə çatdırıb:
"Qol vurmaq şansları az olan bir oyun idi. Ona görə də bir epizodun vəziyyəti dəyişə biləcəyini hiss edirdik. "Napoli" bundan yaxşı istifadə etdi. Müdafiəmiz güclü idi, amma qol buraxdıq. Rəqibin bizə təzyiq göstərməsinə imkan verirdik.
Oyunumuzu mütləq təkmilləşdirməliyik. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün hələ çox iş görməliyik. Skudetto yarışı bizim üçün deyil. "İnter" bizdən doqquz xal irəlidədir. Hazırda məqsədimizə doğru irəliləyirik, amma bu, bir-iki həftəyə həll olunmayacaq".
"Milan" A Seriyasında 63 xalla 3-cü yerdə qərarlaşıb.
Mirağa