AZ

Quba-Qonaqkənd yolunda sürüşmə: 25 kəndlə əlaqə kəsildi

Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu səbəbdən Quba-Qonaqkənd yolu bağlanıb.

Sürüşmə nəticəsində 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Əraziyə Quba Fövqəladə Hallar Komissiyasının və digər müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunublar.

Seçilən
15
ucnoqta.az

1Mənbələr