AZ

Tovuzda qəza oldu - Xəsarət alan var 

Tovuzda yol-nəqliyyət hadisəsi baş verib.

"Unikal"ın  məlumatına görə, hadisə  Bakı-Qazax magistralının Tovuz rayonu Dondar Quşçu ərazisindən keçən hissəsində qeydə alınb. İlkin məlumata görə, KİA markalı avtomobil, piyada zolağından keçən piyadaya  görə sürəti azaldan zaman arxadan gələn "VAZ 2107" markalı avtomobil KİA-ya çırpılib. Nəticədə "VAZ"ın sürücüsü 44 yaşlı Aşağı Quşçu kənd sakini İsgəndərov Mobil Sərxan oğlu xəsarət alıb. Dərhal yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilib.

Hazırda vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
26
unikal.az

1Mənbələr