Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında qəbul etdiyi mübahisəli qərarlarla gündəmə gələn hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilov cəzalandırılıb.
Apasport.az xəbər verir ki, hər iki hakimin adı dünən baş tutan “Qarabağ” - “Karvan-Yevlax” və bugünkü “İmişli” - “Turan Tovuz” matçlarından çıxarılıb.
Bu turu "boş keçən" təcrübəli FİFA referisinin verdiyi səhv qərarlarının cəzasını nə qədər çəkəcəyi məlum deyil.
Belə ki, turun yekununda məsələylə bağlı AFFA-da iclas keçiriləcəyi, verilən rəylərdən sonra komitənin cəzayla bağlı qərar verəcəyi gözlənilir.
Hələ ki, 1 turluq kənarda qalan Əliyar Ağayevin uzunmüddətli cəza alacağı istisna olunmur.
Xatırladaq ki, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev oyundan sonra məsələyə dair sərt açıqlama verərək hakim Əliyar Ağayevə haqlarını halal etmədiklərini bildirmişdi.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırmış, onun səhv qərar verdiyini təsdiqləmişdi.
Füzuli Məmmədov: “Oyun haqda çox danışmağa ehtiyac yoxdur”
AFFA deyir: - Sür dərəyə! - Sür dərəyə
"Qarabağ" 3 xalı 7 qolla qazandı - YENİLƏNİB
II Liqa: Autsayderdən darmadağın
“Qarabağ” - “Karvan-Yevlax”: START HEYƏTLƏR