AZ

Kafe və parklardakı pulsuz Wi Fi lərə qoşulanlara XƏBƏRDARLIQ

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, bu cür bağlantılar ciddi təhlükələr yarada bilər.

Xüsusilə kafe, park və ticarət mərkəzlərində istifadə olunan şifrəsiz və ya zəif qorunan şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır.

BAKU.WS xəbər verir ki, Kibertəhlükəsizlik üzrə mütəxəssislərin fikrincə açıq Wi-Fi şəbəkələrində məlumatlar şifrələnmədiyi üçün üçüncü şəxslər istifadəçinin internet trafikinə asanlıqla müdaxilə edə bilər.

Bu zaman sosial şəbəkə hesabları, e-poçt ünvanları, hətta bank kartı məlumatları belə ələ keçirilə bilər.

Ən geniş yayılmış təhlükələrdən biri "saxta Wi-Fi" şəbəkələridir. Fırıldaqçılar məşhur məkanların adı ilə oxşar şəbəkələr yaradır və istifadəçiləri bu şəbəkələrə qoşulmağa cəlb edirlər. Qoşulduqdan sonra isə istifadəçinin cihazındakı məlumatlara çıxış əldə edə bilirlər.

Mütəxəssislər ictimai Wi-Fi istifadə edərkən aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

Şifrəsiz şəbəkələrdə bank əməliyyatları aparmamaq

Vacib hesablar üçün iki mərhələli təsdiqləməni aktiv etmək

Mümkün olduqda VPN xidmətindən istifadə etmək

"HTTPS" ilə qorunan saytları seçmək

Avtomatik qoşulma funksiyasını deaktiv etmək

Qeyd olunur ki, ən təhlükəsiz variant mobil internetdən istifadə etməkdir. Əgər ictimai Wi-Fi şəbəkəsindən istifadə zəruridirsə, şəxsi məlumatların qorunması üçün maksimum diqqətli olmaq tövsiyə olunur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
baku.ws

2Mənbələr