Bakıda 2-ci “Popeyes” restoranı açılır.
Marja xəbər verir ki, markanın Bakıda 2-ci restoranı “Gənclik Mall”da istifadəyə veriləcək.
Açılış tədbiri 10 aprel 12:30-da keçiriləcək.
Azərbaycanda ilk “Popeyes” restoranı bu il fevralın 27-də “Crescent Mall”da istifadəyə verilib.
Qeyd edək ki, bir müddət əvvəl “Popeyes” və “MOK Group”, “Popeyes” restoranının Azərbaycanda açılacağını elan ediblər.
1972-ci ildə əsası qoyulan “Popeyes” ikonik toyuq sendviçi, acılı toyuq, toyuq tenderləri və digər regional təamların yer aldığı unikal Yeni Orlean üslublu menyusu ilə fərqlənir.