AZ

Çernobıldan sonra yaşanan fəlakət Netflix serialı oldu

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

1986-cı ildə Çernobıl fəlakətindən cəmi bir il sonra, Braziliyanın Qoyaniya şəhərində baş verən az tanınan, lakin dəhşətli nüvə faciəsi "Netflix"in yeni triller serialı olan *"adioaktiv Təcili Yardım" (Emergência Radioativa) adı ilə yenidən diqqət mərkəzinə gətirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 18 martda premyerası olan beş seriyalı mini-serial qısa müddətdə qlobal siyahıların zirvəsinə yüksəldi.

2019-cu ildə çəkilmiş "Çernobıl" serialının şok təsirini xatırladan "Radioaktiv Təcili Yardım" ekrana Braziliyada baş verən əsl nüvə fəlakətini gətirir. Qustavo Lipsztein tərəfindən yaradılan serial, yayımlandıqdan qısa müddət sonra 3,8 milyon baxış sayına çatdı və "Netflix"in qlobal siyahılarında 5-ci yerə və bir neçə ölkədə birinci yerə yerləşdi.

Qeyd edək ki, serial, 1987-ci ildə iki kişinin tərk edilmiş xəstəxanadan radioterapiya cihazını oğurlayıb metal qırıntıları satıcısı Evenildoya (Bukassa Kabengele) satması ilə başlayan fəlakətlər zəncirindən danışır.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azxeber.com

1Mənbələr